9 aprel 2011 - 19:30

Suriyanın iki şəhərində - cənubi Dəra və liman şəhəri Latakiyada - şahidlər təhlükəsizlik qüvvələrinin küçələrə çıxmış yüzlərlə etirazçını dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiklərini bildirib. Xəbərə görə, insident Suriyanın bir neçə hissəsində baş qaldıran nümayişlər zamanı 36 adamın öldürülməsindən sonraya təsadüf edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Siyasi fəallar hökumətin xəbərdarlıqlarına baxmayaraq növbəti nümayişlərə çağırıblar. Onlar cümə günü zorakılıqlarının qurbanlarının dəfn mərasimlərinin ardınca insanları küçələrə axışmağa səsləyiblər.

Şahidlər Suriya təhlükəsizlik qüvvələrinin prezident Bəşar əl-Əsəd və onun rəhbərlik etdiyi hakim Bəəs partiyasına qarşı etiraz edən nümayişçilərdən 17-sinin qətlə yetirildiyini xəbər verirlər.

Suriya rəsmiləri zorakılıqların məsuliyyətini naməlum silahlı şəxslərin üzərinə ataraq cənubi Dəra şəhərində 19 polis zabitinin öldürüldüyünü bildirib.

Cümə gününün qətliyəmından sonra Daxili İşlər Nazirliyi açıqladığı bəyanatda təhlükəsizliyi təmin etmək üçün "amansız" olacağını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.