Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Hacı Zülfüqarın vəkili həbsxana şəraitində onun müalicəsinin qeyri mümkünlüyünü önə çəkərək deyib: "Mən onun hazırdakı durumu ilə bağlı Baş Prokurorluq və Bakı İstintaq Təcridxanasına vəsatət göndərmişəm. Hələ ki, rəsmi cavab almamışam. Lakin mənə bildiriblər ki, Hacı Zülfüqar Mikayılzadə müainə edilib".
Xatırladaq ki, Azərbaycanın tanınmış və nüfuzlu ruhanisi Hacı Zülfüqar Mikayılzadə 8 yanvarda dövlət tərəfindən kobud sürətdə qondarma xırda xuliqanlıq maddəsilə inzibati xəta törətməsi ittihamı ilə 10 sutka həbs cəzası almış, vaxtı bitdikdən sonra isə o yeni qondarma ittihamla həbs edilib.
Hacı Zülfüqar Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə şərlənir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.