Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkilin sözlərinə görə, Mövsüm Səmədov istintaqın aparılmasından, onun qəzetlərlə təmin edilməməsindən, ona qarşı nəzarətin güclü olmasından və irəli sürülən ittihamdan narazıdır. "Mövsüm Səmədov barəsində seçilən 3 aylıq həbs qəti-imkan tədbiri aprel ayının 20-i sona çatır. Amma inanmıram bu müddət ərzində istintaq bitsin. Yəqin ki, həbs qəti-imkan tədbirinin müddəti artırılacaq. Mövsüm Səmədovun işi hazırda çox müəmmalı vəziyyətdədir. Onun haqqında çıxarılacaq hökmün nə cür olacağı bizim üçündə maraqlıdır"-deyə həbsdə olan AİP sədrinin vəkili əlavə edib. Anar Qasımov həmçinin qeyd edib ki, M. Səmədovun səhhətində problem yoxdur.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır