Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son zamanlar Azərbaycan Respublikasında aparılan islamofobia siyasəti ölkədə yaşayan inanclı kütlə ilə yanaşı bütün dünya müsəlmanlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlıları narahat etməkdədir. Görünür, bu narahatçılığı həll etmək istəməyən qüvəllər öz iyrənc məqsədlərində israrlıdırlar! Azərbaycan xalqı müsəlman bir xalq olduğu və əsirlər boyu müqəddəs islam dininin dəyərləri xalqımızın ictimai həyatinda yaşandığı üçün bu gün kimlərinsə İslam dəyərlərini məhv etməyə cəhdi ən azından həmin qüvvələrin xalqımızın tarix, mədəniyyət və mental xüsusiyətlərindən xəbərsizliyinin bariz göstəricisidir.
Hər kəsə məlumdur ki, Azərbaycanda heç bir inanclı mömin təxribat törətmək və sabitliyi pozmaq fikrində deyi! Bunu bir mənalı olaraq qəbul etmək lazımdır ki, bu ölkənin inanclı kütləsi dini dəyərlərin toxunulmaz olduquna inanıb, inanır və inanacaqdır.
Son zamanlar Azərbaycanda öz inancını müdafiə etmək məqsədilə hakim qüvvələrə səslənən və bizim əqidəmizə toxunanlara mane olun deyən bir qurup ruahni və inanclı insanın müxtəlif bəhanələrlə ardıcıl şəkildə həbs edilməsi azərbaycanlı adıyla qürur duyan heç bir kəs üçün ürək açan hal kimi qiymıtlındirilmir.
Kausər dini ictimai və mədəni qurum olaraq Tatarıstan muxtar respublikasında yaşayan soydaşlarımızın və yerli müsəlmanların müraciətləri əsasında bütün üzvlərimiz adından Azərbaycanda islami dəyərlərə xüsusən orta məktəblərdə hicaba qarşı aparılan iyrənc siyasəti pisləyir və bu qadağaya etiraz etdiklərinə görə həbs edilən insanların tezliklə azad edilməsini uca tanridan diləyirik!
Sonda Azərbaycanda islami dəyərləri məhv etməyə çalışan və inanclı insanları müxtəlif yollarla əziyət edən qüvvələrə imam Səccadın (ə): “Allahdan başqa köməyi olmayan kimsəyə zülm etməkdən qorxun!” sifarişini çatdıraraq İlahi qanunların məhvinə göstərilən səy və inanclı kütlənin incidilməsi bir başa ulu tanrımızla mübarizə olduğunu xatırladırıq. Allah taala müqəddəs quranın müxtəlif ayələrində Onunla mübarizəyə qalxanların acı aqibətlərini zikr edərək bəşərə bu qəbil işlərdən çəkinməyi tövsiyə etmişdir.
Kausər birliyinin sədri
Fəlsəfə elmləri namizədi hacı Fariz Xammədli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır