2 aprel 2011 - 19:30

İslam Partiyası mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Partiya sədri Elçin Manafov bildirib ki, onlar Qarabağ probleminin həllini, həbsdə olan islamçıların azad olunmasını, hicab məsələsinin həllini tələb edəcəklər.

Elçin Manafov deyir ki, partiya mitinqi aprelin 8-də Azadlıq meydanında, ya da parlament binasının qarşısında keçirmək istəyir: “Ancaq biz mitinqin icazəli keçirilməsini istəyirik, ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə mitinqin yerini müzakirə edəcəyik”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.