29 mart 2011 - 19:30

Bəşər Əsəd: “Ölkəmizə qarşı gizli planların hədəfi Suriyanı çökdürmək, İsrailin planlarının reallaşması qarşısında son maneəni aradan qaldırmaqdır”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:bu fikirləri Suriya prezidenti Bəşər Əsəd bu gün Xalq Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, gizli planların məqsədi Suriyanı çökdürmək, İsrailin planlarının reallaşması qarşısında son maneəni aradan qaldırmaqdır: “Bu planlar iflasa uğrayacaq, lakin düşmənlər öz cəhdlərini yenə də davam etdirəcəklər”.

Xatırladaq ki, bu, Deraa şəhərində baş verən kütləvi iğtişaşlardan sonra Suriya prezidentinin xalqa ilk müraciətidir. Həmin iğtişaşlarda ən azı 47 nəfər ölüb, yüzdən artıq insan yaralanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.