29 mart 2011 - 19:30

Pentaqon ABŞ HHQ-nə məxsus F-15E Eagle qırıcı təyyarəsinin partlaması ilə bağlı xəbəri təsdiqləyib. ABŞ HQ-nin Afrika komandanı Bins Kroulun bildirdiyinə görə, qırıcının düşməsinə səbəb gecə vaxtı idarəetməni itirməsi olub. Hadisə martın 22-də olub. Pilotlar katapult edib və onların vəziyyəti yaxşıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Hadisənin baş verdiyi yer və pilotların adları gizli saxlanılır.

"Daily Telegraph" bir müddət əvvəl xəbər vermişdi ki, təyyarə ABŞ HHQ-nin ərazisində baş verib. Amma əksər media orqanları təyyarənin Liviya lideri Müəmmar Qəzzafiyə bağlı ordu qüvvələri tərəfindən vurulduğunu bildirilər. Hadisənin baş vermə yeri və pilotların adlarının gizli saxlanılmasında məqsəd də bununla bağlıdır.

Bu arada isə ABŞ prezidenti Barak Obama bildirib ki, lazım gəlsə Qəzzafi ilə döyüşmək üçün Liviya müxalifətinə silah paylayacağıq.

Bu gün səhərdən etibarən isə  Qəzzafi müxalifət qüvvələrinin yerləşdiyi şəhərləri geri almağa başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.