28 mart 2011 - 19:30

İsveç hökuməti bu gün Liviyada aparılan bombardmana qoşulduğunu rəsmən bəyanlayıb. Bu barədə ölkənin baş naziri Fredrik Raynfeldt açıqlama yayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Stokholm özünün Gripen qırıcılarını Liviyada aparılan bombardman əməliyyatlarında istifadə üçün NATO rəhbərliyinə həvalə etməyə hazırdır. Yaxın zamanlarda bu məsələ İsveç Parlamentində səsverməyə çıxarılacaq. Raynfeldtin sözlərinə görə, əməliyyatlarda birgə iştirakla bağlı NATO rəhbərliyi onlara müraciət edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.