Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məhkəmə prosesi qapalı şəraitdə keçirilib. Vəkil Elçin Namazov vəsadətin təmin olunmadığını qeyd edərək, istintaq müddətində kütləvi şəkildə qanun pozuntularının baş verdiyini bildirib:
"Zülfüqar Mikayılzadəni, Mövsüm Səmədovla əlaqələndirmək istiyirlər. Zülfüqar Mikayılzadə guya Mövsüm Səmədovla əl bir olaraq dövlət çevrilişi etmək istəyiblər. Qaldırdığımız vəsadət təmin olunmadı. Buna səbəb onun ittiham olunduğu maddənin ağır olduğu bildirilir. Lakin hər bir halda bu cür qərarın verilməsi qeyri-qanunidir. Artıq bundan sonra Avropa məhkəməsinə müraciət edəcəyik."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.