Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ərəb ölkələrində baş verən dövlət çevrilişləri, artıq Suriyaya da siraət edib. Suriyanın bir neçə şəhərində onlarla nümayişçi aksiya keçirərək, Bəşər Əsədin istefasını tələb edir. Nümayişlər əsasən ölkənin Dera şəhərində baş verir. Yüzlərlə nümayişçi şəhərin küçələrində aksiya keçirərək prezidentin atası Hafiz Əsədin heykəlini də yıxıblar.
Qeyd edək ki, Dera şəhərində hökumət əleyhinə aksiyaların getdiyi vaxtda, Suriyanın digər şəhərlərində Bəşər Əsəd leyhinə nümayişlər keçirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.