22 mart 2011 - 19:30

Sionist İsrail rejiminin qəddar blokadasında olan Qəzzədə içməli suyun çatışmazlığı və enerji təchizatında yaranmış poblemlər bölgədə humanitar böhranı daha da dərinləşdirir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: bu barədə İslam Konfransı Təşkilatının(İKT) ötən həftə dərc etdiyi hesabatda bildirilir.

İKT-nin məlumatına görə, sionist blokadası səbəbindən Qəzzənin Rəfəh və Cibaliya şəhərlərinin sakinləri yalnız dörd gündə bir dəfə içməli su alır. Misirdən gələn yanacaq ilə işləyən yeganə elektrik stansiyası isə regionun ehtiyaclarının yalnız bir qismini təmin edir.

Təşkilatın hesabatında eyni zamanda Qəzzədə təhsil müəssisələrinin inşa olunmasına yaranmış zərurət də vurğulanır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.