17 mart 2011 - 20:30

Ötən gün BMT Təhlükəsizlik Şurasının Liviya barədə çıxardığı qərar cavabsız qalmayıb Liviyanın Müdafiə Nazirliyi, BMT Təhlükəsizlik Şurasının bu ölkə ərazisini “qadağan olunmuş uçuş zonası” kimi göstərməsini qəbuledilməz olduğunu açıqlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Nazirlik bu ölkəyə hücum olacağı təqdirdə Liviya dövlətinin cavabının kəskin və təkcə Liviya sərhədləri daxilində məhdudlaşmayacağını bəyan edib. Bundan əlavə ötən gün televiziyada çıxış edən Müəmmər Qəzzafi də, Liviyaya hücum olacağı halda, Aralıq dənizi üzərindən uçan bütün sərnişin təyyarələrinin vurulacağını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır