14 mart 2011 - 20:30

Fars körfəzi ölkələrindən olan Bəhreyndə davam edən qarşıdurmalar bu günlərdə ən kritik həddə çatıb. Müxalifət qüvvələri Kral ailəsinin hakimiyyətdən getməsini istiyirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kral ölkədə 3 aylıq fövqalədə vəziyyət elan edib. Dövlət televiziyasından verilən məlumatda, xalq nümayişçilərinin qarşısının alınması üçün təhlükəsizlik qüvvələrinə bütün hazırlıq işlərinin görülməsini tapşırıblar. Verilən məlumatın Səudiyyə Ərəbistanına aid  hərbiçilərin ölkəyə gəlməsində sonra yaılması, beynəlxalq aləmin təəccübünə səbəb olub.

Bundan əlavə Səudiyyə rəsmilərindən birinin verdiyi məlumata görə, artıq Səudiyyə əsgərlərindən biri öldürülüb. Öldürülən hərbiçinin çavuş olduğu bildirilir.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı rəsmi olaraq Bəhreyndə baş qaldırmış xalq nümayişini yatırdmaq üçün bu ölkəyə 1000 nəfər hərbiçi göndərmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır