Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya dövlət başçısı Dimitriy Medvedevin imzaladığı yeni fərmana əsasən, Liviya diktaoru Müəmmar Qəzzafi və ailəsinin bu ölkəyə daxil olması qadağan olunub. Kremlin Mətbuat Mərkəzindən verilən məlumatda, Medvedevin 10 Mart tarixində imzaladığı fərmanda, Rusiyaya girişi qadağan olunanlar siyahısına Qəzzafi və ailə üzvlərinin də salınıdığı bildirilib.
Qeyd edək ki, Qəzzafi və ailəsinin Rusiyaya daxil olmasını qadağan edən prezident, onların maliyyə hesablarının da bu ölkəyə girişini də yasaqlayıb. Liviyaya qarşı hərbi müdaxiləni pisləyən rəsmi Moskva, keçən həftə bu ölkəyə istiqamətli hər cür silah və hərbi texnikanın satışının qadağan edilməsi mövzusunda BM Təhlükəsizlik Şurasının embarqosunu dəstəkləyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır