Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aldığımız məlumata görə, İctimai Palatanın koordinasiya şurasının toplantısında kütləvi aksiyaların davam etdirilib-etdirilməməsi ilə bağlı məsləhətləşmələr də aparılıb və aparıcı müxalifət partiyalarının birgə mitinqini təşkil etmək barədə qərar qəbul edilib.
İctimai Palatanın koordinasiya şurası müxalifətin birgə mitinqini apreln 2-nə saat 14-ə təyin edib. Mitinq ölkə üzrə deyil, yalnız Bakı şəhərində keçiriləcək. Mitinqdən öncə Azərbaycan xalqına müraciət olunacaq. Kütləvi aksiya üçün paytaxt hakimiyyətindən Nərimanov kinoteatrının qarşısındakı meydan istəniləcək. Əgər BŞİH bu variantla razılaşmasa, onda mitinq Fəvvarələr meydanına təyin olunacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır