Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Azər Cəbiyevin barəsində toplanmış materiallarda onun polislərə qarşı təhqiredici ifadələr işlətməsi və polislərə fiziki zorakılıq göstərməsi qeyd olunurdu. Sonuncu üzləşmə zamanı prosesin birtərəfli aparılması və etirafların protokola yazılmaması səbəbindən üzləşmədən imtina edərək, videokamera qarşısında aparılmasını tələb etdik. Vəsatətim təmin oldu. Artıq dünəndən başlayaraq, üzləşmələr videokamera qarşısında keçirilir. Üzləşməyə gələn şəxslər isə qismən etirafedici ifadələr verirlər. Belə ki, videokamera qarşısında üzləşən polislər açıq formada bildirirlər ki, Azər Cəbiyev polis şöbəsində heç kimə qarşı nalayiq sözlər işlətməmiş, qışqırmamış, heç kimi hədələməmişdir. Bundan başqa əvvəllər Azər Cəbiyevin onlara xəsarət yetirdiyini deyən polislər bildirirlər ki, əslində onlara xəsarət qəsdən yetirilməmişdir. Beləki, xəsarət alanlardan biri mübahisə zamanı əlinin stulun kənarına təsadüfən sürtülməsi nəticəsində cızıldığını deyir. Digəri isə bildirir ki, A.Cəbiyev əsəbləşərək stula təpik vurmaq istəyərkən cəld tərpənib stulu götürmək istəmiş və bu zaman A.Cəbiyevin ayağı istəməyərəkdən polisin əlinə dəymişdir”-deyə vəkil Elçin Namazov əlavə edib.
Qeyd edək ki, bütün bunaların protokolda qeyd edildiyini deyən E.Namazov həmçinin bildirib ki, dindarların heç bir əsas olmadan və əsassız yerə saxlanması da etiraf olunub. Vəkil müsbət dəyişikliklərlə yanaşı, bir sıra anlaşılmazlıqların olmasını da söyləyib. “A.Cəbiyev barədə videokamera qarşısında üzləşmə tələbim təmin olunsa da digər təqsirləndirlən – Fəxri İlyasov barədə vəsatət rədd edilib. Müstəntiqə etriaz edərək, bildirmişəm ki, vəsatətə münasibətdə ayrıseçkiliyə yol verilə bilməz. O isə cavab verir ki, guya yanlışlıq olmuşdur. Beləki müstəntiq bildirir ki, guya digər müstəntiqin eyni məzmunlu vəsatəti təmin etməsindən xəbərsiz olub”-deyə vəkil bildirib.
Xatırladaq ki, E.Namazov istintaqın bu məsələdə çətin vəziyyətə düşdüyünü qeyd edib və yol verilən ayrıseçkiliyin aradan qaldırılacağna ümid etdiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, Azər Cəbiyevlə Fəxri İlyasov 16 yanvar 2011-ci ildə Gürcüstana gedərkən saxlanmış və barələrində polisə zorakılıq göstərmə ittihamı ilə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır