7 mart 2011 - 20:30

Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndində ermənilər dinc sakini öldürüblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus snayperin açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini, 10 yaşlı Bədəlov Fariz Arif oğlu həlak olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:düşmən gülləsi azyaşlının baş nahiyyəsindən zədələyib. Ailə üzvləri onu Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırmaq istəyərkən, F. Bədəlov yolda dünyasını dəyişib.

Düşmən gülləsi F. Bədəlovu yaşadıqları evin həyətində oynayarkən vurub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır