Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səudiyyə Ərəbistanında 11 mart tarixində keçiriləcək ümumxalq mitinqindən əvvəl, vəhhabi alimlər bununla bağlı öz rəylərini açıqlayıb. Səudiyyə kralı Məlik Abdullah rejiminə qarşı çıxanları dindən xaric adlandıran vəhhabi alimlər, bununla da mitinq keçirməyi haram ediblər. Ölkənin dövlət televiziyası olan "SPA"-da gedən məlumata görə, Səudiyyənin vəhhabilərdən ibarət Alimlər Şurası, mitinq keçirmək istəyən sadə vətəndaşları fitnə törətməkdə ittiham edib və nümayişlərin keçirilməsinin dində qadağan olduğunu vurğulayıb.
Qeyd edək ki, vəhabilərdən ibarət Alimlər Şurası, "Sülhsevər nümayişlər keçirmək hər bir vətəndaşın haqqıdır" deyən Müsəlman Alimlər Birliyinin sədri şeyx Yusif Qərzavini də tənqid edib. Vəhhabilərdən ibarət bir qrup toplu, nüfuzlu sünni alimini dindən çıxmaqda ittiham edərək, mitinq keçirməyin İslam dinində icazəsinin olmadığını və bu üzdən dinə bidət gətirildiyini bildiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır