Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyanın Qurtuluş Milli Cəbhə Birliyinin rəhbəri Salim Salim, Qəzzafi hökumətinin şəhəri ələ keçirmək üçün fasilə vermədən roket zərbələri ilə bombardman etdiyini açıqlayıb. "Zaviye şəhəri hazırda xarabaya çevrilib. Şəhərimizlə bütün əlaqələr kəsilib. Onu deyə bilərəm ki, qiyam başladığı gündən bu günə qədər 8 min insan öldürülüb"-deyə Salim əlavə edib.
Xatırladaq ki, əhali tərəfindən yaradılan Milli Birlik, Binqazidəki ilk toplantısında keçmiş ədliyyə naziri Mustafa Əbdülcəlili prezident elan edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır