6 mart 2011 - 20:30

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov: “ İslam Partiyası mitinq keçirməyi qərar alıb. Bununla bağlı ciddi hazırlıq işləri gedir. İndidən deyə bilərəm ki, mitinqdə 10 min insanın iştirakı gözlənilir. Çox güman ki, keçiriləcək mitinq geniş miqyaslı olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”

Əhli Beyt –ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyası Qarabağ probleminin həll edilməsi, ölkədə hökm sürən İslamafobiyanın aradan qaldırılması tələbi ilə və eyni zamanda  AİP sədri Mövsüm Səmədovla birgə digər  ruhanilərin qanunsuz həbsinə etiraz olaraq mitinq keçirməyi planlaşdırır. Bu barədə məlumatı AİP Mətbuat Xidməti yayımlayıb. 

Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, kütləvi tədbirin keçirilmə vaxtı və yeri, Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı müraciətin cavabından sonra müəyyən olunacaq.

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan İslam Partiyasının sədri Elçin Manafovun da fikri öyrənildi. Yeni sədr məlumatı təsdiqləyərək bildirdi: “Bəli İslam Partiyası mitinq keçirməyi qərar alıb. Bununla bağlı ciddi hazırlıq işləri gedir. İndidən deyə bilərəm ki, mitinqdə 10 min insanın iştirakı gözlənilir. Çox güman ki, keçiriləcək mitinq geniş miqyaslı olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”-deyə AİP sədri Elçin Manafov əlavə etdi. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır