3 mart 2011 - 20:30

Şeyx Yusif Qərzavi: "Vəhhabilər Orta Şərqdə qiyamların baş verməsinə maneə törədir" İslam Alimlər Birliyinin rəhbəri Şeyx Yusif Qərzavi, sələfilərin (vəhhabi) Ərəb dünyasında baş verən xalq qiyamlarına maneə törətmək istədiklərini bildirib. Vəhhabilərin baş verən qiyamlara münasibətini tənqid edən Şeyx Qərzavi, onların Amerika və sionist İsrail maraqlarına xidmət edərək, əhalini sakitləşdirmək istədiklərini söyləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: vəhhabi və sufilərin bölgədəki son qiyamları yatırtmaq üçün apardığı fəaliyyəti pisləyən misirli alim, onları bu mövzuda Amerikanın beşinci qolu kimi hərəkət etdiyini vurğulayıb. Qətərin paytaxtı Doha şəhərindəki "İslamda başçılarla xalq əlaqələri" mövzusunda keçirilən konfransda çıxış Şeyx Qərzavi qeyd edib ki: "Ərəb gənclərinin etdiyi hərəkətlərdə heç bir fitnə yoxdur. İslam dini, zülm və zalımı yox etməyi əmr edir".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır