2 mart 2011 - 20:30

8 yanvar 2011-ci ildə həbs edilmiş Zülfüqar Mikayılovun müdafiəsi üçün vəkil Elçin Namazovla müqavilə bağlanıb. Bu barədə vəkil özü məlumat verib. E.Namazov deyib ki, Z.Mikayılov yanvar ayının 8-də polisə müqavimət adı ilə inzibati qaydada həbs edilib: “Daha sonra o şərlənərək Cinayət Məcəlləsinin 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə cinayət işi başlanıb”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: E.Namazov bildirib ki, iş materialları ilə tanış olmasa da bir sıra qanunsuzluqlar barədə artıq məlumatlıdır: “Onun təqsirləndirilən şəxs qismində cəlb olunması qərarından görünür ki, həbsinin səbəbi İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovla olan yaxın münasibətləridir. İstintaq özü belə yazıb. Yaxın münasibətə görə kiminsə həbs olunması tamamilə qanunsuzdur. Bundan başqa Z.Mikayılov saxlanarkən bütün hüquqları pozulub. Ona barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməyib. Son vaxtlara qədər ailəsi onun harada olmasını bilməyib. Bu barədə işə başladıqdan sonra bütün zəruri addımları atacağıq”.

Qeyd edək ki, Hacı Zülfüqar Mikayılov ictimaiyyət arasında nüfuzu olan şəxsdir və onu daha çox Quran hafizi kimi tanıyırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır