Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hökumətə rəhbərlik sabiq nəqliyyat naziri Essam Şərəfə tapşırılıb. Mübarək rejimi dövründə də baş nazir olan Əhməd Şafiqin istefasına səbəb Təhrir meydanında hər cümə nümayişlərin keçirilməsi və baş nazirin istefasını tələblərinin səslənməsidir. Baş naziri islahatları ləng aparmaqda ittiham edirlər. Hələlik aksiya iştirakçıların Əhməd Şafiqin istefasına münasibət bildirməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır