Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyada Qəzzafi hökuməti ilə yerli sakinlər arasında qarşıdurmalar davam edir. Ölkənin əksər şəhərlərində vəziyyətə ələ alan xalq, Qəzzafini bir daha istefa verməyə çağılrıb. Artıq Liviyada xalq tərəfindən ikinic dövlət və ordu da təsis edilib.
Son məlumatlara görə, Liviyada Müəmmar Qəzzafinin istefasını tələb edən əhali, təkcə 3 şəhərdə vəziyyətə hakim deyil. Paytaxt Tripoli, İmam Musa Sədrin saxlandığı bildirilən Səbha və Sert şəhərləri Qəzzafi hökumətinin nəzarəti altındadır. Lakin Liviyanın ən böyük şəhərləri olan Benqazi, İmsilatə, Zaviyə, Misratə, Tubruq, Dirna, Nalut, Tacura, Beyza və Zəvarə şəhərləri nümayişçilərin nəzarətindədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır