26 fevral 2011 - 20:30

Liviyada polkovnik Qəzzafi hökumətə əhaliyə nağd pul paylanılması barədə əmr verib. Hökumətin qərarını elan edən şəxs deyib ki, hər bir liviyalı ailəsinə 800 dollara yaxın məbləğdə nağd pul veriləcək. Elanda deyilir ki, bu pul xalqa qalxan ərzaq qiymətlərilə bacara bilmələri üçün verilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  O, həmçinin dövlət sektoru işçilərinin maaşlarının 150 faiz, mimimum əməkhaqqının isə iki dəfə artırıldığını elan edib.

Müxbirlər deyirlər ki, bu taktikadan keçmiş Tunis prezidenti

Zine al-Abidine Ben Ali də istifadə etməyə çalışmışdı.

O, da oxşar güzəştlər - iş yerlərinin yaradılması və antikorrupsiya tədbirləri vəd etmişdi.

Tunis prezidenti bu tədbirləri, ötən ay onun devrilməsilə nəticələnən üsyanları yatırmaq üçün etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır