Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Müsəlman Alimlər Birliyinin sədri şeyx Yusif əl-Qərzavi, nümayişçilərin öldürülməsi barədə təlimatlar verən və xarici ölkələrdən muzdlu əsgər gətirən Liviya lideri Müəmmar Qəzzafinin öldürülməsiylə əlaqədar bundan əvvəl verdiyi fətvasını yeniləyib. Diktator Qəzzafini tənqid edən Misirin nüfuzlu alimi əl-Qərzavi, onun bir tağut və günahkar olduğunu və İslam dini ilə heç bir əlaqəsinin olmadığını da bildirib.
Qeyd edək ki, dünən Qətərin paytaxtı Doha şəhərində cümə xütbəsində, Liviyadakı inqilabın Allahın izni ilə qələbə ilə sona çatacağını söyləyən əl-Qərzavi, Allahdan Liviya xalqını qorumasını dua edib: "Qəzzafi xəstə bir insandır. O təkəbbür edərək özünü filosof görmək istəyir. Allaha and içərəm ki, Liviya inqilabı da qələbə ilə sona çatacaq, inqilabçılar müqavimət göstərəcək və bu rejimin sonu eynilə Tunis və Misirdəki rejimlərin sonu kimi olacaq".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır