Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rasmussen, Macarıstanın paytaxtı Budapeştedə verdiyi açıqlamada, NATO Şurasının Liviyada sürətlə irəliləyən vəziyyəti müzakirə etmək üçün günortadan sonra toplaşacağını, bu yığıncağa görə bir neçə saat ərzində Brüsselə dönəcəyini bildirib.
Rasmussen, Şura yığıncağından əvvəl AB müdafiə nazirləriylə görüşərək, ehtiyacı olanlara faydalı şəkildə necə kömək edə biləcəklərini və hadisələrin nəticələrini necə məhdudlaşdıracaqlarını müzakirə edəcəyini söyləyib.
Rasmussen, detalları açıqlamağın hələ erkən olduğunu, ancaq NATO-nun bu cür vəziyyətlərdə istifadə edə biləcəyi üsullar barədə danışıb.
Xatırladaq ki, Liviya neftlə zəngin ölkədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır