24 fevral 2011 - 20:30

Yaxın Şərqdə diktatorlara qarşı genişlənən etiraz dalğası Qətər ölkəsinə də çatmaqdadır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Qətərdə sosiaı şəbəkələrdə hakimiyyət əleyhinə çağırışlara başlanılıb. Verilən məlumata görə, artıq, Şeyx Həmd Bin Xəlifə Ali Sani rejiminə son qoyulması məqsədilə mart ayının 16-ı etirazların başlayacağı gün kimi elan edilib. “Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, ictimai şəbəkədə çağırışı “16 mart Qətərin azadlıq inqilabı” başlığı ilə yayılıb. Bu çağırış da əsas yer alan məsələ, ABŞ bazalarının bu ölkədən çıxarılması, və Qətər əmirinin xanımı Muzənin ölkə işlərinə qarşmaması olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır