Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Abdullah Şəlmani Əl-Aləm telekanalı ilə müsahibdə deyib : Liviya diktatoru uzaqbaşı bir həftə davam gətirə bilər . O qaçmayacaq və istefa da etməyəcək. Çünki dünyada heç kəsin tərəfindən qarşılanmayacağını yaxşı başa düşür. Təkcə Rusiya ona sığınacaq təklif edib.
Liviyada baş verənləri hərbi cinayət adlandıran Abdullah Şəlmani qeyd edib ki , Liviya xalqı yalnız öz maraqlarını düşünən Qərbə etibar etmir və yalnız öz gücümə arxalanır.
Onun sözlərinə görə , Liviya gəncləri ölkəni əsarətdən azad edəcəklər və bu xalq bir addım belə geri çəkilməyəcək.
Liviyalı siyasi fəal Qəzzafini devirmək üçün bu ölkədə qəbilə başçıları arasında məsləhətləşmələrin getdiyini vurğulayıb
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.