23 fevral 2011 - 20:30

Hannibal Qəzzafi və onun həyat yoldaşı livanlı modelyer Əlinə Skafanın Livana getmək istəyi baş tutmayıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Liviya lideri Müəmmar Qəzzafinin ərköyün oğlu və onun həyat yoldaşına Livana gəlməyə icazə verilməyib. Hannibal Qəzzafi və onun həyat yoldaşı livanlı modelyer Əlinə Skafanın Livana getmək istəyi baş tutmayıb. Buna səbəb isə Livan dövlətinin onların ölkəyə daxil olmasına icazə verməməsidir.

 

Qeyd edək ki, Liviya lideri Qəzzafi gərgin vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, onun ailəsi Liviyadan qaçmaq yollarını fikirləşir. "Livanın səsi" radiosunun verdiyi məlumata görə, dünən Skaf və Qəzzafi ailəsinin 9 üzvü olan təyyarənin Livanın aerodromuna enişinə icazə verilməyib.

 

Nəzərinizə çatdıraq ki, Livana enə bilməyən təyyarə Suriya ilə Kiprə getmək istəyib. Liviya liderinin oğlu Hannibal Qəzzafi, xarici ölkələrdə problemli insan kimi qəbul olunur. Bir neçə il bundan əvvəl Londonda yerləşən otellərin birində həyat yoldaşı Əlinə Skafı döyən Haniball haqqında cinayət işi açılmışdı. Lakin Hannibalın diplomatik toxunulmazlığı olduğuna görə, onun haqqında qaldırlan cinayət işinə xitam verilmişdi.

 

Xatırladaq ki, bundan əlavə Hannibal Qəzzafi və onun həyat yoldaşı Əlinə Skaf İsveçrə ilə Liviya arasında böhranın yaranmasına səbəb olub. 15 iyul 2008-ci ildə Hannibal və arvadı Skaf İsveç vətəndaşı olan iki xidmətçini döydüklərinə görə, İsveçrə polisi tərəfindən həbs olunmuşdu. Oğlunun polis tərəfindən dindirilməsi Liviya liderini qəzəbinə səbəb olmuşdu. Bu hadisədən sonra Qəzzafi bütün pullarını İsveçrə  bankından götürərək, İsveçrəyə neft ixracını dayandırmışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.