Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: misirli alim Liviya ordusunun generallarına da səslənərək, xalqa qarşı basqıları dayandırmağa çağırıb. "Əl-Cəzirə" kanalına müsahibə verən Yusif Qərzavi, Liviyada baş verən hadisələrə münasibət bildirərkən, "Xaricdən ordu qüvvələri gətirərək xalqı öldürən şəxslərdə, zərrə qədər insanlıq və şərəf qalmamışdır" deyə bildirib. Liviya lideri Qəzzafi hökümətinə aid döyüş təyyarələrinin nümayişçilərə qarşı hücumunu kəskin pisləyən Qərzavi, qan içən rejim olan İsrail hakimiyyətinin belə bir iş görmədiyini söyləyib.
Xatırladaq ki, Tunislə başlayan Misirlə davam edən xalq qiyamları, hazırda Liviyanı cənginə alıb. Bir neçə gündür davam edən xalq nümayişləri Liviya prezidenti Müəmmar Qəzzafinin əmri ilə döyüş təyyarələri hücum edib. Liviya prezidentinin xalqla bu rəftarı bütün dünyanın etirazına səbəb olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.