Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: hadisə Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Tural Murad oğlu Hüseynov Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev hadisə ilə əəlaqədar verdiyi açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, əsgər T. Hüseynov 2009-cu ilin oktyabrında Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.