Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müraciətdə deyilir: “Azər Cəbiyev və Fəxri İlyasov 16 yanvar 2011-ci ildəGürcüstana gedərkən sərhəd keçid məntəqəsində saxlanıblar. Hər ikisinə bildirilib ki, onlar axtarışdadır. Fəxri İlyasov Gəncədə polis bölməsinə gətirildikdən sonra otaqlardan birinə salınıb. Polis əməkdaşları onu yaxasından tutaraq dartışdırıb, daha sonra yerə yıxıblar. Onlar stolun üstündə olan avadanlıqları yerə dağıdıblar. Bu zaman bayırda əvvəlcədən təlimatlandırılmış polislər içəri giriblər. Fəxri İlyasova polisə zorakılıq etməsi və qərəzli xuliqanlıq hərəkətləri törətməsi ittihamı irəli sürülüb. Yanvarın 18-də məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə bütün şahidlər və zərərçəkmişlər polis işçiləridir.
Azər Cəbiyev də eyni ssenari ilə həbs edilib. O, Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsi rəisinin otağına gətirilib, gözü qarşısında otaqda olan avadanlıqlar yerə dağıdılıb. Daha sonra polislərdən biri əlini cızaraq digər polislər əgöstərib ki, baxın, bu da xəsarət.
Həbslərin səbəblərinə gəlincə, bu, hakimyyətə açıq etirazla bağlı olub. Hazırda həbsdə olan şəxslər bütün kütləvi tədbirlərdə hakimiyyətin haqsızlıqlarını pisləyib, xalqı etiraza çağırıblar. Hicabla bağlı məlum qadağadan sonra bu şəxslərin etirazları daha da kəskinləşib. Həbslərin siyasi sifarişlə həyata keçirilməsini təsdiqləyən kifayət qədər sübutlar var. Buna sübut kimi hər iki şəxsin heç bir əsas olmadan sərhəddə axtarışda olma adı ilə saxlanmalarını, saxta ittihamlarla - polisi üzlərinə qoymaqla həbs olunmalarını göstərmək olar.
Dəyərli hüquq müdafiəçiləri! Bu şəxslərəqarşı edilən qanunsuzluqlara qarşı mübarizə aparmaqda və insan haqqlarının pozuntusunu aradan qaldırmaqda bizə yardımçı olmağınızı xahiş edirəm. Bu özbaşınalıq barədə hər hansı sənədə ehtiyac varsa, təqdim edəbilərik. Bu qanunsuzluqlar barədə beynəlxalq insan hüquqları təşkilatlarına məlumat verməyinizi və ictimai müdafiəni həyata keçirməyinizi xahiş edirik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.