19 fevral 2011 - 20:30

Türkiyə "İsra" Mədəniyyət Mərkəzinin rəhbəri Nurəddin Şirinin HaqqYoluna söhbəti

ABŞ-da siyasi dairələrə bağlı analitiklər bütün bunları açıq şəkildə mətbuata çıxarıblar. Demək, baş örtüsü əslində İslam dünyasında imperializmə, sionizmə qarşı müqavimətin simvolu olaraq dayanır. Nə üçün Azərbaycan hökuməti hicab qadağasını gündəmə gətirdi? Çünkü Azərbaycanda Heydər Əliyevin zamanından sonra özəlliklə yanaşılan, İlham Əliyevin zamanı daha da zirvəyə qalxan sionist rejimlə iş birliyi gücələnir.

Amerika yəhudi lobbiləri dəfələrlə Bakıya gəlib. Nə danışdı, nə qərar çıxardı bu lobbilər, nə istədilər Azərbaycan hökumətindən? Sionist Şimon Peres, Liberman, Netanyahu və Barak nə istədi Azərbaycan hökumətindən? Azərbaycanla münasibətlərdə İrana qarşı strateji ittifaqmı istədilər? Onlar Azərbaycanda belə görür ki, xüsusilə gənclər arasında bir cərəyan ortaya çıxıb. Bir xətt vücuda gəldi. Bunlar siyasi İslam dilində danışırlar.Siyasi İslamın şüarlarını səsləndirirlər. Siyasi İslamın etiraz dilini gündəmə gətirirlər. Bunu necə edirlər? Əgər Qüdsün işğalına, sionistlərin Fələstini işğalına, sionistlərin Qəzza qətliamına qarşı çıxsanız, əgər Amerikanın İslam dünyasındakı işğallarına, təcavüzlərinə qarşı çıxsanız, əgər dünya imperializminin Fələstində, Livanda, İraqda, Suriyada, Qəzzada siyasətlərinə qarşı olsanız yetər. Bu mehvərin sözlərini söyləyən gənclərin ortaya çıxması, çoxalması, artması böyük bir təhlükədir. Yəni əgər Azərbaycanda 101 min məscid olsa və cəmiyyət imperializmə və sionizmə etiraz etməsələr, o zaman sionistlər bundan narahat olmayacaqlar. Əliyev hökuməti də bundan rahatsız olmayacaq. İstədiyiniz qədər namaz qılın, istərsəniz gündə min rəkət namaz qılın, amma imperializmə etiraz etməyin, sionizmə etiraz etməyin, azadlıq tələb etməyin və bizim siyasətlərimizə müdaxilə etməyin, bizə qarşı çıxmayın, etiraz etməyin. Amma Azərbaycanda fərqli bir səhnə ortaya çıxdı. İslami cəmiyyətlər, İslami qruplar, şəxsiyyətlər, alimlər, liderlər qalxdılar, minbərlərdə məclislərdə sionizmin qarşısına çıxdılar, qarşısında durdular. Baxdılar ki, bu təhlükə onların dili ilə İslam fundamentalizmi, İslam radikalizmi təhlükəsidir. Bu təhlükə arxasında islami oyanış var. İslami oyanışın da simvolu hicabdır. Dolayısı ilə hicabı qırmaq, hicabı əngəlləmək əslində müəyyən anlamda İslam toplumunun bir dəyərini yasaqlamaq deyil. Hicaba hücum müsəlmanların islami oyanışına qarşı savaş açmaqdır. Əslində əzadarlığa qadağa qoyarsan, bir müsəlmanı tutar, zülm edərsən, həbsə atarsan, bir qisim haqqlarını qəsb edərsən, beləcə çox-çox zülmə əl atarsan. Amma hicabı yasaqlamaq, hicaba savaş açmaq İslami oyanışa savaş elan etməkdir. Böyük bir strateji layihədir bu. Bu həm imperializm və sionizmin İslam dünyasındakı planlarının bir parçasıdır, həm də Azərbaycandakı islami oyanışın, həzrət imamın ifadəsi ilə “İslami-nabi-Muhəmmədinin (s)” ayağa duruşunun önünü tutmaqdır. Onlar istərlər ki, “İslami-nabi-Muhəmmədinin (s)” başını əzsinlər, amma Amerika İslamına yol açşısınlar. Gəlsinlər azan da desinlər, minbərə d

çıxsınlar, sox səcdə də etsinlər, çox zikr də desinlər, tövbə, istiğfar etsinlər, çeşidli mərasimlər düzəltsinlər, hətta aşuralarda, ehya gecələrində, tasualarda İmam Hüseynə (ə) də ağlasınlar. Amma zamanın zalimlərinə, zamanın Yezidlərinə etiraz etməsinlər. Ancaq geriyə baxsınlar, tarixdə baş vermiş bir hadisədə dayanıb qalsınlar. O məsələni bu günə gətirməsinlər. Dildə İmam Hüseyn (ə) desinlər, amma İmam Hüseynin yolunu davam etdirməsinlər. Keçmişin Yezidinə lənət desinlər, amma zamanın Yezidlərinə bir söz deməsinlər. Amerika İslami budur.

Azərbaycanda hicab qadağası məsələsində bəzi qardaşlarımız məncə məsələnin qiymətləndirilməsində yanlışlığa yol verirlər. İstər Azərbaycanda olsun, istər Türkiyədə, istər başqa ölkələrdə - bu məsələ İslama qarşı bir savaşdır. Bu məsələ eyni zamanda İslam dünyasında İslami müqavimət, müstəqillik və azadlıq istəyən, yəni günümüzün ifadəsi ilə Amerikasız və İsrailsiz bir İslam təşkil etmək istəyənlərlə savaşdır. Dolayısı ilə Azərbaycanda məktəbli bir qızın hicabını çıxarmaq digər İslam məmləkətlərindəki müsəlmanların üzərinə qoşun yeritməkdir. Barışmaz bir savaş vardır. Onlar birlikdə savaşa qalxırlar. Amerika, İsrail, Avropa, sionistlərin müttəfiqləri əlbir şəkildə hərəkət edirlər. Hicab qadağası da budur. Hicab qadağası fərdi bir məsələ deyil, külli bir məsələdir və hicaba qadağa İslami oyanışa qarşı savaşdır. Dolayısı ilə müsəlmanların da buna müqabil ortaya qoyacaqları sadəcə bir haqqı müdafiə etmək deyildir. İslamın bir dəyəi müdafiə edilmir. İslamın varlığı, həyatı, izzəti, şərəfi təhlükədədir. Necə ki, Azərbaycandakı qardaşlarımız “hicab bizim namusumuzdur” deyirlər. Bu məsələ bir qadının iffəti məsələsi deyil. İslam ümmətinin iffəti məsələsidir. Bu məsələ bir qadının ibadi əməllərindən, şəri vəzifələrindən ibarət bir məsələ deyil. Bu sadəcə bir müsəlman qadının məsələsi deyil ki, onun əri, oğlu, hamisi, qardaşı müdafiəyə qalxsın. Xeyr! Hicab qadağası Quranın bütün əhkamının, həzrət Rəsuli-Əkrəmin (s) bütün risalətinin, hətta əimmeyi-hudanın (ə) bütün ortaya qoyduğu haqqın və istiqamətin hədəfə alınması deməkdir.

Hicabın beynəlxalq imperializm və sionizm qarşısında mücadilə simvolu olmasını mən demirəm, onlar özləri deyirlər. Beləcə hicaba ad qoyur, onu yasaqlayır və müdafiəyə qalxanları zindana atırlar. Bəziləri təklif edir ki, bu problemi demokratik şəkildə həll edək. Bir başqaları Avropa İnsan Haqları Məhkəməsinə müraciəti çıxış yolu görür. Bəziləri də Şeyxülislam Paşazadə ilə görüşərək problemin aradan qaldırılmasını təklif edir. Bir qrup da iddia edir ki, biz hicabın müdafiəsinə qalxdıqda daha çox məhdudiyyətlə üzləşirik, imkanlarımız əlimizdən alınır, həbsə alınırıq. Amma İslam üçün təhlükə yarandığı vaxt bizim vəzifəmizin məntiqi də fərqli olur. Hazırda İran İslam İnqilabının 32-ci ildönümünü yaşayırıq. Bu bir nur partlayışı idi və bütün dünyanı işıqlandırmaqda davam edir. Bu inqilab Həzrət İmamla başladı. İmam Elm Hövzəsində ayağa qalxdı, beynəlxalq imperializm və sionizmə etiraz etdi. İmam buyurdu: “ Ey müsəlmanlar, din, İslam təhlükə altındadır.” Nə baş vermişdi ki, İmam belə deyirdi? Şah ABŞ imperializminə imtiyazlar verdiyi anda bu etiraz dilə gətirildi. Şah İran xalqını ABŞ-ın nökəri edən öhdəliklər götürüb müqavilələr imzaladı. Bu məqamda İmam İslamın təhlükə altında olduğunu bildirdi. Bu, İslamın mesajıdır: İslam ümməti satılarsa, onu dünya imperializminə qul edərlərsə, demək, İslam təhlükə altındadır. İmam bu bəyanatı verəndə, Qum tələbələri ayağa qalxanda, bir qrup tələbə şəhid olanda İmam Xomeynini (r) həbs edib Tehrana gətirdilər. Şahın təhlükəsizlik idarəsi SAVAK imamın qarşısına 3 şərt qoydu. Yəni bu şərtləri qəbul etsən azadsan, dön Quma tədrislə məşğul ol. Bu şərtlər nə idi? 1. İslam təhlükə altındadır deməyəcəksən; 2. Şaha qarşı çıxmayacaqsan; 3. İsrailin ziddinə danışmayacaqsan... İmamın cavabı nə oldu? İmam buyurdu ki, bu işləri görməyəcəmsə, görüləsi işim qalmır! İmam buyurdu ki, bu 3 iş mənim dini vəzifəmdir. Beləcə, onu öldürməyə cürət etməyib sürgünə göndərdilər. Əvvəlcə Türkiyəyə, sonra İraqa, daha sonra Fransaya göndərildi. Həmd olsun Allaha ki, bir gün, qalib olaraq Tehrana döndü.

Bəli, İmam İslam təhlükədədir deyəndə imperializm və sionizmin siyasətlərini nəzərdə tuturdu. İmam Xomeyni siyasi partiya lideri idimi, təşkilat rəhbəri idimi? Xeyr, İmam Xomeyni Peyğəmbər (s) varisi, Əli (ə) varisi, Hüseyn (ə) varisi idi! O bir fəqih olaraq peyğəmbər varisinin vəzifələrini yerinə yetirirdi. Bir insan Peyğəmbər varisi olsa, yalnız bunları söylər!

Ardını izlə

 

13 fevral, 2011

Qum, Haqq Yolu EMİ