Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misir Silahlı qüvvələrinin ali şurası icazəsiz etiraz aksiyalarının keçirilməsini qadağan edib. Müvafiq əmr ölkənin milli televiziyası ilə səsləndirilib.

 

«İcazəsiz aksiyaların qarşısı alınacaq», deyə sənəddə bildirilir.

 

Eyni zamanda Şura ölkədəki antisionist hərəkatına son qoymaqdan ötrü qeyri adi olsada Misir vətəndaşlarının irəli sürdükləri tələblərin öyrəniləcəyini söz verib. «Biz əhalinin bir sıra təbəqələrinin tələblərini başa düşürük və müvafiq orqanlara bu məsələləri öyrənməyi tapşıracağıq», deyə sənəddə vurğulanır.

 

Qeyd edək ki, Misir Silahlı qüvvələri sionist rejimi tərəfindən tam himayə olunur. Və sionistlər əleyhinə olan bütün xalq hərakatlarına qənim çıxmasında onlara tam dəstək olmuşlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır