18 fevral 2011 - 20:30

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 23.00-dan 23.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 08.15-dən 09.00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.15-dək, 19.00-dan 19.05-dək və 22.50-dən 22.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alıxanlı və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır