Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan prezidenti “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib
Saziş 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.
Saziş çərçivəsində 5 Xəzəryanı dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, brakonyerlik, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır