15 fevral 2011 - 20:30

BBC-nin Azərbaycan xidmətinin yayımının dayandırılması ilə bağlı dəyirmi masa keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: BBC-nin Azərbaycan xidmətinin yayımının dayandırılması ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə mətbuat nümayəndələri və hüquq müdafiəçiləri iştirak ediblər. “Demokratik Jurnalistlər Liqası”nın rəhbəri Yadigar Məmmədli Böyük Britaniyanın radionun fəaliyyətini dayandırması ilə bağlı verdiyi qərarın yanlış olduğunu deyib: “Radionun bağlanmasında maliyyə problemi də əsas arqument kimi göstərilib. Bundan BBC-nin Azərbaycan xidməti sonra internet yayımda fəaliyyət göstərəcək. Bu addım təkcə jurnalistikaya yox, bütün cəmiyyətə bir zərbədir”.

Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Mirvari Qəhrəmanlı da belə bir addımın mənfi hal olduğunu bildiriblər. Hüquq müdafiəçiləri bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının internetdən istifadə imkanlarının çox məhdud olduğunu və bunun nəticəsində insanların İran meylli radio dalğalarına qulaq asdıqlarını söyləyiblər.

Sonda radionun bağlanmasına etiraz olaraq tədbir iştirakçıları tərəfindən bəyanat imzalanıb və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunub.

Qeyd edək ki, qocqman hiyləgər ləqəbini qazanmış britaniya siyasətçiləri yüz illər boyu islamı parçalamış, müsəlmanlar arasında ixtilaflar salmaqla müsəlmanların həqiqi hakimiyyətinə son qoyaraq dünyada öz çirkin və məkirli məqsədlərinə çatmışlar. Yəni: məzlum xalqları dinindən, milli mentalitetindən ayrı salmaqla onlara hakim durmaq. İndi də  Azərbaycanda Azəri vətəndaşlarının İran İslam Respublikasından yayımlanan radio verlişlərini dinləmələrindən əndişələnmələri heçdə qeyri adi deyildir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır