Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası fevralın 14-də Xırdalan şəhərində Misirin sabiq prezidenti Hüsnü Mübarəkə ucaldılmış abidə və onun yerləşdiyi parkla bağlı yeni təklif verib.
BAXCP İdarə Heyəti təklif edib ki, Misirdə baş vermiş inqilabdan sonra xalqın iradəsinə hörmət olaraq Xırdalanda Hüsnü Mübarəkin abidəsi qoyulan Misir-Azərbaycan Dostluq Parkı Misir Təhrir Parkı adlandırılsın. Partiya Hüsnü Mübarəkin abidəsinin Bakının parklarından yığışdırılmış digər heykəllər kimi açıq səma altındakı heykəllər müzeyinə verilməsini də istəyir.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır