Allahın adı ilə

 Həzrət Əlinin (ə) kəlamından:

إعلم أن کل شیء من عملک تبع لصلاتک

 “Sənin hər bir əməlin namazına tabedir.

 علیکم بالمحافظة علی الصلوات الخمس فی اوائل أوقاتها و بالإقبال بالکل إلیه تعالی فیها، لا تفوتکم السعادة إن شاء الله تعالی 

Beşlik təşkil edən namazı əvvəl vaxtda qılmağı, bütün vücudunuzla Allaha tərəf diqqət etmənizi sizə tapşırıram. (Bu surətdə) Səadəti əldən verəməyəcəksiz, inşallah taala.

 وفقنا الله و ایاکم لمراضیه و جنبنا سخطه بمحمد و آله الطاهرین صلوات علیهم أجمعین

 8.

Allahın adı ilə

 Bir qrup camaat var ki, münasib əməllərə müqəddimə sayılan moizə, xitab və nitq ilə (zi-müqəddimə) “müqəddimə” sahibi kimi davranırlar. Sanki “deyib eşitmək üçün deyib eşitməyə” göstəriş verilib. Bu bir səhvdir.

 Təlim vermək və təlim almaq əməl etmək üçün münasibdir, (onu yerinə yetirmək vəzifəsindən azad olmaq olmaz). Bu mətləbi başa düşmək və ona rəğbətləndirmək üçün buyurublar:

 کونوا دعاة إلی الله بغیر ألسنتکم

 Əməllə desinlər, əməldən öyrənsinlər və əməli olaraq eşitsinlər. Bəziləri müəllimə təlim keçmək

 istəyir. (Müəllim) Hətta təlimin necəliyini şagirdən öyrənməlidir?! Bəziləri “İltimasi-dua” (dua istəyirəm) deyirlər. Deyirik ki, “nə üçün?” Dərdi bəyan edirlər, dərmanı göstəririk, tanıtdırırıq. Təşəkkür edib əməl etmək yerinə, yenə də “dua edin” deyirlər. Dediklərimiz onların istəklərindən uzaqdır (uyğunlaşmır). Duanın şərtini onun özü ilə qarışdırırlar. Biz öhdəliyimizdə olan vəzifəmizdən xaric ola bilmərik. Əməldən nəticə çıxarmalıyıq. Əməlin nəticəsiz və nəticənin əməlsiz hasil olması mahaldır. (Nəticəsi) Belə olmasın: “Məsləhət sorağında məclis bəzədilər. Oturdular, danışdılar və qalxdılar”.

Allah etsin ki, çox danışanlardan yox, çox əməl edənlərdən olaq. Belə olmasın ki, elmsiz əməl üçün hərəkət edək və elm ilə dayanaq. Bildiklərimizi yerinə yetirək, bilmədiklərimiz də məlum olunca dayanaq. Qəti olaraq bu yolda peşmançılıq yoxdur. Bir-birimizə deyil, şəriət dəftərinə baxaq. Ona uyğun olaraq əməl edək və (ona uyğun olmayan əməli) tərk edək.

 Vəs-səlamu ələykum və rəhmətullhahi və bərəkatuh

 وما توفیقی إلا بالله، علیه توکلت و إلیه انیب.

والسلام علیکم و رحمة الله و برکاته

 الاقل محمد تقی البهجة

 Müqəddəs Məşhəd şəhəri

 1375 –ci il şəmsi, bazar günü,

 1417 –ci il hicri, rəbiül-əvvəl.

 9.

 Moizə tələb edən ağalardan sual olunur: İnidiyədək eşitdiyiniz moizələrə əmələ etmisiniz, yoxsa yox?! Bilirsiniz ki, hər kəs məlum olanlara əməl etsə, Allah taala ona məchulları da məlum edər. Əgər məlum olan məlumatlara ixtiyarlı olaraq əməl etməsələr, çoxlu məlumat tələb etməyə layiq olarlarmı?! Haqqa dəvət dil ilə (sözlə) olmalıdır?! Buyurmayıblar ki, öz əməllərinizlə haqqa dəvət edin. Təlim üsulunu öyrətməliyik, yoxsa öyrənməli?! Bu sualların cavabı Qurani-kərimdə olmur?!

 والذین جاهدوا فینا لنهدینهم سبلنا

 Məsumun kəlamından aydın olmurmu?!

« من عمل بما علم، ورثه الله علم ما لم یعلم » ,« من عمل بما علم، کفی ما لم یعلم»

 Allah bizə tövfiq mərhəmət buyursun ki, bildiklrimizi ayaq altına atmayaq və bilmədiklərimiz məlum olanadək ehtiyat edək. Onlar kimi olmayaq ki, deyirlər: “Məsləhət üçün məclis bəzədilər, oturdular, dedilər, qalxdılar”.

 وما توفیقی إلا بالله، علیه توکلت و إلیه انیب.

والسلام علیکم و رحمة الله و برکاته

 الاقل محمد تقی البهجة

 Müqəddəs Məşhəd şəhəri,

 1375-ci il, bazar

 1417-ci il, rəbiül-əvvəl.

 10.

 Allahın adı ilə

 Hamımız bilirik ki, zatən Qəni və bəndələrin imanına ehtiyacı olmayan Allahın razılığı ondadır ki, bəndələr həmişə ona yaxınlaşmaq məqamında olsun.

Bilirik ki, bəndələr istək üçün lütf qaynağına yaxınlaşmalı və bu yaxınlaşmanı davam etdirməli, Onu məhəbbətlə xatırlamalı və O, davamlı olaraq xatırlanmalıdır. Bilirik ki, Onu xatırlamaqla məşğul olmaq məqamı, Ona yaxınlaşmağımız üçün faydalı olacaq. Nə qədər Ona itaət və xidmət edib çalışsaq, bir o qədər də Ona yaxınlaşıb faydalanacağıq. Bizimlə Səlman (salamullahi ələyh) arasında itaət və Alla