Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən ilin noyabr ayından etibarən Azərbaycanda orta məktəblərdə hicaba qoyulan qadağa hələ də davam edir. Ölkədə ictimaiyyət nümayəndələrinin, partiya sədrlərinin və sadə əhalinin etirazına rəğmən, hələ ki rəsmi olaraq təhsil ocaqlarında hicaba tətbiq olunan qadağa aradan qaldırılmayıb. Minlərlə əhalinin yazdığı məktub və nüfuzlu ruhanilərin müraciəti hələ də müsbət həll olumayıb.
Bu günlərdə nüfuzlu alimlərindən ibarət bir qrup ruhani Prezident Admistrasiyasına dəvət olunub. Edilən müraicət əsasında Prezident Aparatına dəvət olunan ruhanilər, orada ölkədə baş verən son prosesləri, o cümlədən hicab problemi mövzusunda müzakirə aparıblar. Azərbaycanın müxtəlif regionlarından olan Hacı Əli Əlioğlu, Hacı Sərdar Hacıhəsənli, Hacı İlham Əliyev və Hacı Vasif Niftullayev Prezident Aparatının ictima-siyasi məsələlər üzrə şöbə müdürü, Əli Həsənovun müavini Tahir Süleymanov qəbul edib. Hələlik Prezident Aparatında ölkənin nüfuzlu ruhaniləri ilə Əli Həsənovun müavini Tahir Süleymanov arasındakı görüşün təfərüatları açıqlanmasa da, yaxın günlərdə həmin görüşün detalları barədə məlumat veriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır