7 fevral 2011 - 20:30

Səfirin İranın “Səhər” kanalının Azərbaycandakı məntiqsiz siyasətlərinin əleyhinə təbliğat xarakterli verilişlər yayımlamasına münasibəti isə belə olub: “Bizim məqsədimiz xalqları birləşdirməkdir, ayırmaq yox. Biz xalqlar arasında, dövlətlər arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə çalışırıq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu sözləri İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib: “Sülh məqsədli atom texnologiyasının hazırlanması məsələsini kiminləsə müzakirə etməyə ehtiyac yoxdur”. Səfir bildirib ki, sülh məqsədli atom texnologiyası bütün xalqların hüququdur: “Bizim şüarımız belədir: “Sülh məqsədli nüvə enerjisi hamı üçün, kütləvi qırğın silahları, atom silahı heç kim üçün”. Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv olmayan bəzi ölkələr atom silahına malikdirlər. O cümlədən işğalçı İsrail rejiminin 250 nüvə başlığı var. Bizim fəaliyyətimiz isə Agentliyin nəzarəti altındadır. İstanbul görüşü İran üçün uğurlu idi və biz bu müzakirələri davam etdirməyə hazırıq. Biz heç nəyi gizlətmirik, hər şey şəffafdır”.

M. Bəhrami İranın regionun xeyrinə olan bütün layihələri dəstəklədiyini vurğulayıb: “İstər “Nabucco”, istərsə də digər layihələr olsun, biz regionun inkişafına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazırıq. Xəzəryanı ölkələrinin sammitində təhlükəsizlik məsələləri ilə əlaqədar cənab İlham Əliyev və Mahmud Əhmədinejadın təkidi və səyi nəticəsində bağlanan müqavilələr buna sübutdur”.

Səfir Novruz bayramı münasibətilə İranda keçiriləcək tədbirlərdə iştirakla üçün prezident Mahmud Əhmədinejadın bayramın qeyd olunduğu ölkələrin rəhbərlərinə rəsmi dəvət göndərdiyini də qeyd edib: “O cümlədən Azərbaycan prezidenti İlham Əliyevə də dəvət göndərilib. Ümid edirəm ki, Azərbaycan prezidenti bu tədbirdə iştirak edəcək”.

Səfirin İranın “Səhər” kanalının Azərbaycandakı məntiqsiz siyasətlərinin əleyhinə təbliğat xarakterli verilişlər yayımlamasına münasibəti isə belə olub: “Bizim məqsədimiz xalqları birləşdirməkdir, ayırmaq yox. Biz xalqlar arasında, dövlətlər arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə çalışırıq”.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır