6 fevral 2011 - 20:30

Rusiyada baş verən yol qəzasında iki Azərbaycan vətəndaşı ölüb, bir nəfər isə yaralanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Moskva-Peterburq federal şosesində “VAZ-21099” maşını ilə yük maşınının toqquşması nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, bir nəfər yaralanıb.

Jiquli-ni idarə edən sürücü qəfildən qarşı yola çıxıb və qəza bu səbəbdən baş verib. Maşının sürücüsü və sərnişin hadisə yerində həlak olublar. Onların meyitlərini maşının salonundan FHN əməkdaşları xüsusi kəsici alətlərdən istifadə edərək çıxarıblar. Maşında olan digər sərnişin isə Novqorod kliniki xəstəxanasına çatdırılıb. Onun durumu açıqlanmır.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır