6 fevral 2011 - 20:30

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları qeydə alınıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları qeydə alınıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 6-sı saat 10.00 radələrində H. Əliyev küçəsində Kərim Yəhyayev idarə etdiyi «Mercedes» markalı avtomobillə Müsalim Həsənovu vurub və piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Digər hadisə isə paytaxtın Ş. Mehdiyev küçəsində qeydə alınıb. Mingəçevir şəhər sakini Tural Abdullayev idarə etdiyi «Mercedes» markalı avtomobillə Lənkəran şəhər sakini Rəşad Cavadovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası Bakı-Aeroport yolunda baş verib. Sabunçu dairəsində yerləşən körpünün altında Ramanı qəsəbə sakini Mətləb Quliyev idarə etdiyi «BMW» markalı avtomobillə Bakıxanov qəsəbə sakini Elşən Məmmədovu vurub. E. Məmmədov aldığı xəsarətdən yerindəcə ölüb.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır