Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan paytaxtında ana və oğul dəm qazından boğularaq ölüb.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Naximov küçəsi 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Gülşən Abusalam qızı Həsənova və onun oğlu, 2004-cü il təvəllüdlü Rəşid Həsənov hamamda çimərkən dəm qazından boğularaq ölüblər.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır