31 yanvar 2011 - 20:30

Suriyanı 40 ildir idarə edən Əsəd ailəsinin son nümayəndəsi prezident Bəşərə Əsəd, "The Wall Street Journal"a verdiyi müsahibəsində bildirib ki, "Ölkəmdə islahatlar aparmağın vaxtı gəlib çatıb."

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əsəd bu addımı Misirdə baş verən xalq üsyanından sonra atmağı planlaşdırıb. Suriya prezidenti Bəşər Əsəd müsahibəsində qeyd edib ki, "Tunis, Yəmən və Misirdəki xalq üsyanları Orta Şərqdə yeni bir dövrün başlanğıcıdır. Ərəb liderləri xalqlarının artan siyasi baxışları ilə iqtisadi tələblərini qarşılamalı idilər. Misir və Tunisdə baş verən hadisələrdən əvvəl, gərək ölkə rəhbərləri islahatlara gedəydilər."

Atasından sonra vəzifəyə gələn Əsəd artıq Suriyada islahatlar aparmaq fikirinə düşüb. Əsədin islahat xülyası Misirdəki gərginlikdən sonra çox da asan olmayacaq. Amma Bəşər Əsəd Mübarəkdən fərqli olaraq islahatlar aparmaq üçün hələ də vaxtı var. Çünki ABŞ və İsraillə yaxşı olmayan əlaqələrinə görə, xalqın dəstəyini itirməyib. Suriya liderinin, ilkin mərhələdə reallaşdırılacağı islahat, bu il ölkədə keçiriləcək bələdiyyə seçkiləridir. Vətəndaş cəmiyyəti təşkilatlarına güc qazandırmaq üçün addımlar atacaq. Bundan Əlavə Suriya lideri iqtisadi və sosial islahatlar aparmaq fikirindədir.

SURİYA:

Əhalisi: 22 milyon

İllik gəliri: 106.4 milyard dollar

Dünyada yeri: 68

Adam başına gəlir: 4 min 800 dollar

İşsizlik: % 8.3

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır