26 yanvar 2011 - 20:30

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi 35 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 48 yaşlı Xəlil Ələkbərov yaşadığı evin həyətində, nərdivandan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Mərhumun “8-ci kilometr bazarı”nda ticarətlə məşğul olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır