25 yanvar 2011 - 20:30

Azərbaycan paytaxtında ağac ata ilə oğlunun üstünə aşıb, ata ölüb, 4 yaşlı uşaq isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nizami rayonunda faciəli hadisə baş verib. Bu barədə Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat, 15.00 radələrində, rayonun Bəhruz Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb. Yol kənarındakı iri gövdəli ağac ata ilə azyaşlı uşağın üstünə aşıb. Nəticədə, 43 yaşlı Elçin Əzizov hadisə yerindəcə keçinib. Onun 4 yaşlı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır