Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahil Üzma Xamenei cənabları cümə axşamı günü (20 yanvar) şəhid doktor Məsud Əli Məhəmmədi və şəhid doktor Məcid Şəhriyarinin mənzilinə gedərək bu iki şəhid alimin ailə üzvləri ilə görüşüb söhbət ediblər.
İslam İnqilabının Böyük Rəhbəri şəhid Məcid Şəhriyarinin ailəsi ilə görüş zamanı buyurublar: Doktor Şəhriyari İranın elmi cəmiyyətinə imic bəxş etdi.
Həzrət Ayətullahil Üzma Xamenei Tehran Universitetinin fizika alimi şəhid doktor Məsud Əli Məhəmmədinin ailə üzvləri ilə görüşdə buyurublar: Şəhadət – düşmənlər vasitəsilə yüksək ilahi məqsədlər uğrunda həlak olmaq deməkdir.
2010-ci il noyabr ayında ABŞ və İsrail rejimindən asılı ünsürlərin terrorçu əməliyyatlarında doktor Şəhid Beheşti adına Universitetin dosenti Məcid Şəhriyari şəhid oldu.
Tehran Universitetinin fizika alimi doktor Məsud Əli Məhəmmədi isə 2010-cu il yanvar ayında Tehranda mənzilinin qarşısında şəhid edildi.
İranın Milli Təhlükəsizlik Nazirliyi bu il yanvar ayının 10-da əldə olunan sənədlərə əsasən, Tehran Universitetinin fizika aliminin terrorunun əsas amilinin İsrail rejiminin casusluq təşkilatı Mossad olduğunu elan etdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır