Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sionist İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman korrupsiya, rüşvətxorluq və vəzifədən sui-istifadə ittihamı ilə məhkəmə qarşısına gətirilir.
Bu məlumata əsasən, sionist rejimin məhkəmə orqanları onu 2011-ci il fevralın sonlarına qədər məsuliyyətə cəlb edə bilərlər.
Liberman bundan əvvəl çirkli pulların yuyulması ittihamı ilə istintaqa cəlb olunmuşdu.
Polis Libermanın ittihamları barədə kifayət qədər dəlil və sübutlara malik olduğunu bildirir.
Xatırladaq ki, Sionist rejim nümayəndələrinin adları tez-tez korrupsiya və ya əxlaqsızlıqda hallandırılır.
Bir müddət əvvəl bu rejimin keçmiş prezidenti Moşe Katsav haqqında cinsi zorlama ittihamı ilə 4 il həbs cəzası çıxarıldı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır